Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, İkinci Liqanın 14-cü turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.
Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarlarla sizi də tanış edir:
İkinci Liqa, 14-cü tur
“Şəki” – “Xankəndi” oyununda “Şəki”də 4 nəfər sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib. Bu oyunda topdaşıyan və xərəkdaşıyanlar olmadığına görə “Şəki” 200 manat cərimə ödəyəcək.
“Quba” – “Ağdaş” oyununda “Ağdaş”ın futbolçusu Ramal Əhmədov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Ağdaş” buna görə 100 manat cərimə edilib.
“Şirvan” – “Kür-Araz” oyununda “Şirvan”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib. Oyunun 74-cü dəqiqəsində “Kür-Araz”ın futbolçusu Eltun Həsənli ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Kür-Araz” buna görə 50 manat cərimə edilib. Oyun bitdikdən sonra “Kür-Araz”ın futbolçusu Müseyib Vəlizadə hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəza alıb. “Kür-Araz” buna görə 1000 manat cərimə edilib.
“Göygöl” – “Dinamo” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Göygöl” 200 manat cərimə edilib.
