Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2025/2026 mövsümündə növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Təbriz klubu 15-ci tur çərçivəsində “Şəms Azər Qəzvin”lə qarşılaşıb.
Xorvatiyalı Draqan Skoçiçin çalışdırdığı kollektiv bu rəqiblə səfərdə üz-üzə gəlib. “Traktorçular” bu görüşdən xal itkisi ilə ayrılıb – 0:0.
“Traktor” cari mövsümdə qazandığı 22 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb. Komanda keçirdiyi 14 oyunda 5 qələbə qazanıb, 7 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb. Komandanın ehtiyatda təxirə salınmış bir oyunu da var.
Qeyd edək ki, ötən mövsümü tarixində ilk dəfə İran çempionu kimi başa vurmuş Cənubi Azərbaycan təmsilçisi növbəti turda “Malavan”la qarşılaşacaq. Bu oyun dekabrın 30-da doğma meydanda baş tutacaq.
