AZ

Venesuela ABŞ-ni hərbi təcavüzdə ittiham edir


Venesuelanın xarici işlər naziri İvan Gil ABŞ-nin ölkəyə qarşı hərbi təcavüz həyata keçirməkdə ittiham edib.
Yeniavaz.com
xəbər verir ki, Xarici İşlər Nazirliyinin yaydığı rəsmi kommünikedə zərbələrin paytaxt Karakasda, eləcə də Miranda, Aragua və La Guaira ştatlarında mülki və hərbi obyektləri hədəf aldığı bildirilir.
Bəyanatda ABŞ-nin addımlarının Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin suverenlik, hüquqi bərabərlik və güc tətbiqinin qadağan olunması prinsiplərini pozduğu bildirilir. Karakas bu hadisənin regional və beynəlxalq sülh üçün təhlükə yaratdığını vurğulayır.
Venesuela hakimiyyəti iddia edilən hücumun məqsədinin ölkənin strateji ehtiyatları üzərində nəzarəti ələ keçirmək və siyasi kursu dəyişdirmək olduğunu bildirir. Prezident Nikolas Maduro Konstitusiyaya uyğun olaraq milli müdafiə planlarının icrasını tapşırıb, ölkə üzrə fövqəladə vəziyyət elan edilib.
Seçilən
91
50
yeniavaz.com

10Mənbələr