AZ

Fövqəladə vəziyyət, partlayışlar və susan Ağ Ev – Venesuelada nə baş verir?

Venesuela prezidenti Nikolas Maduro ölkədə fövqəladə vəziyyət elan edib.

Venesuelanın Xarici İşlər Nazirliyi ölkənin xalqını və müstəqilliyini qorumaq üçün qanuni müdafiə hüququnu özündə saxladığını açıqlayıb.

CBS News-in məlumatına görə, Trump administrasiyasının bəzi rəsmiləri Venesueladakı partlayışlar və təyyarələr barədə məlumatlı olduqlarını bildiriblər. Lakin Ağ Ev mövzu ilə bağlı şərh verməkdən imtina edib. ABŞ Federal Havacılıq İdarəsi (FAA) isə Venesuela hava sahəsində ABŞ-nin kommersiya uçuşlarını dayandırıb. Mənbə iddia edib ki, ABŞ prezidenti Donald Trump Venesueladakı bəzi hədəflərə, o cümlədən hərbi obyektlərə zərbə endirilməsi əmri verib. ABŞ Silahlı Qüvvələri Karakasdakı partlayışları təsdiqləyib, lakin iştirakları barədə şərh verməyiblər.

CBS News-in məlumatına görə, ABŞ ilkin olaraq Venesuelaya hücumu Milad bayramında, 25 dekabr tarixində planlaşdırsa da, əməliyyatı daha sonraya təxirə salıb. Həmin vaxt ABŞ-nin prioriteti Nigeriyada “İslam Dövləti” terror qruplaşmasının obyektlərinə hava zərbələri endirmək olub.

İlhamə Qasımlı


Telegram kanalımız
Seçilən
92
34
yenisabah.az

10Mənbələr