ain.az bildirir, Cebheinfo portalına istinadən.
"ABŞ-nin əməliyyatı nəticəsində Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşının ələ keçirilməsi dünya miqyasında çox ciddi rezonans doğuracaq hadisədir".
Bu sözləri politoloq Turan Rzayev "Cebheinfo.az"-a açıqlamasında deyib.

O bildirib ki, ABŞ bir gecədə başqa dövlətin Prezidentini və xanımını ələ keçirdi:
"Hazırda Venesuela başsız qaldı. Ona görə də ABŞ-yə cavab zərbələri endirmə ehtimalları çox aşağıdır. Yəni birmənalı şəkildə ABŞ və Venesuela arasında total bir müharibə olacağını zənn etmirəm.
Böyük ehtimalla, ölkə daxilində ciddi dəyişikliklər olacaq. Tramp bununla həm Venesuelaya, həm də dünyaya ciddi bir mesaj verdi".
Ekspert qeyd edib ki, Venesuela regionda Amerikanın başını ağrıdan ölkədir:
"Ölkə böyük neft və qaz rezervlərinə malikdir. Eyni zamanda ABŞ-nin əsas rəqibləri Rusiya, İran və Çinlə münasibətləri var. Bu isə Vaşinqtona təzyiq vasitəsi kimi dəyərləndirildi. Təbii olaraq ABŞ Maduro rejiminə qarşı hər zaman bir düşmən mövqeyə sərgiləyib.
Bu klasik demokratiya, diktatura mübahisəsindən çox, Amerikanın regional və qlobal siyasətinin önündəki maniyə baxımından diqqət çəkir. Maduro əlindəki resursları və yaratdığı qorxu hökmranlığı əsasında ABŞ-yə qarşı bir duruş sərgiləməyi bacarmışdı".
Politoloqun sözlərinə görə, illər keçdikcə dövrün şərtləri dəyişir və yeni trendlər ortaya çıxdı:
"Belə olan təqdirdə də bəzi köhnəlmiş iqtidarlar və sistemlər təbii olaraq tədricən eroziyaya məruz qalır. Ölkədə Maduro rejiminə qarşı ciddi bir müxalif kəsim var. Bu, ölkə xaricində də ciddi şəkildə müxalif qüvvə formalaşıb.
Bunun ən real nümunəsi ABŞ-dir. Əslində, Maduro və Tramp arasında danışıqlar başlamışdı. Faktiki olaraq Tramp Maduro qarşısına şərtlər qoymuşdu. Görünür, bu şərtlər yerinə yetirilməyibdir. Düzdür, yerinə yetiriləcəklərini gözləmək bir az xəyala oxşayırdı".
Elmir Mustafa
"Cebheinfo.az"
Açar sözlər:
ABŞ Venesuela Tramp Maduro
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.