AZ

ABŞ-ın Venesuelaya hücumları - Müdafiə Nazirindən əhaliyə müraciət

BAKI,TurkicWorld

Venesuela Müdafiə Naziri Vladimir Padrino Lopes vətəndaşları ABŞ-nin hücumları fonunda təşvişə düşməməyə və anarxiyaya yol verməməyə çağırıb.

TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə nazir öz videomüraciətində bildirib.

"Bizə hücum etdilər, amma bizi əyə bilməyəcəklər… Ordu xalqla birlikdə sarsılmaz müqavimət divarı yaradacaq",- Lopes qeyd edib.

Bundan əvvəl, ABŞ Prezidenti Donald Tramp ABŞ qüvvələrinin yanvarın 3-də Venesuelaya zərbə endirdiyini təsdiqləyib. O həmçinin bəyan edib ki, ölkə lideri Nikolas Maduro və onun həyat yoldaşı Sesil Flores Venesueladan ələ keçirilərək ölkədən çıxarılıb.

Seçilən
91
33
turkic.world

10Mənbələr