AZ

ABŞ dövlət katibi: “Maduro ələ keçirildikdən sonra Venesuelada əlavə addılar atılmayacaq“

ABŞ dövlət katibi Marko Rubio Venesuela prezidenti Nikolas Maduronun ABŞ-ın nəzarətinə götürülməsindən sonra ölkədə əlavə hərbi addımların atılacağını gözləmədiyini bildirib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə respublikaçı senator Mayk Li bildirib.

Sosial şəbəkələrdə Maduronun saxlanılmasından sonra çəkildiyi iddia edilən ilk fotosu yayılıb.

Mayk Linin sözlərinə görə, ABŞ dövlət katibi Maduronun cinayət xarakterli əməllərə görə məhkəmə qarşısına çıxarılacağını bildirib. The New York Times yazır ki, ABŞ-nin Venesuelaya endirdiyi zərbələr nəticəsində ölən və yaralananlar var, lakin onların sayı hələlik açıqlanmayıb.

Venesuelanın vitse-prezidenti Delsi Rodrigesin təhlükəsiz vəziyyətdə olduğu bildirilir. The New York Times isə qeyd edir ki, əgər Maduronun ələ keçirilməsi ilə bağlı açıqlamalar təsdiqlənsə, ölkə konstitusiyasına əsasən hakimiyyət Rodrigesə keçməlidir.

İlhamə Qasımlı


Telegram kanalımız
Seçilən
119
12
yenisabah.az

10Mənbələr