AZ

Ukrayna “Çelsi”nin satışından 2,5 milyard funt ala bilər


Ukrayna İngiltərənin “Çelsi” futbol klubunun satışından əldə edilən və hazırda dondurulmuş Rusiya aktivlərindən 2,5 milyard funt sterlinq vəsait ala bilər.
Yeniavaz.com
UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Keir Starmer ilə apardığı danışıqlardan sonra açıqlama verib.
Prezident Zelenskinin sözlərinə görə, görüş zamanı “Çelsi”nin satışından əldə olunan dondurulmuş vəsaitlərlə bağlı ədalətli qərarın verilməsinin vacibliyi müzakirə edilib. O bildirib ki, söhbət 2,5 milyard funt sterlinqdən gedir və bu məbləğ insanların həyatının qorunmasına, eləcə də Rusiyanın hücumlarından sonra Ukraynada bərpa işlərinə mühüm töhfə verə bilər.
“Bu vəsait Ukraynanın bərpasına əhəmiyyətli dərəcədə kömək edə bilər və etməlidir”, – deyə Zelenski vurğulayıb.
Xatırladaq ki, 2022-ci ildə Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə başladıqdan sonra rusiyalı milyarder Roman Abramoviç İngiltərənin “Çelsi” futbol klubunu 2,5 milyard funt sterlinqə satıb. Satışdan əldə olunan vəsait sanksiyalar səbəbindən dondurulmuş vəziyyətdə qalıb.
Seçilən
166
5
yeniavaz.com

7Mənbələr