AZ

Tramp: Venesuelanı kimin idarə edəcəyi ilə bağlı qərar üzərində işləyirik

Vaşinqton, 3 yanvar, AZƏRTAC

Biz indi Madurodan sonra Venesuelada növbəti idarəetmə ilə bağlı qərar üzərində işləyirik.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Fox News”-a telefon müsahibəsində deyib.

“Başqasının onu idarə etməsinə icazə verə və onun qoyduğu işi ələ keçirmək şansını kiməsə ötürə bilmərik. Ona görə də biz indi bu qərarı veririk. Biz bu işdə yaxından iştirak edəcəyik. Biz xalq üçün azadlıq istəyirik”, - deyə ABŞ Prezidenti bildirib.

O əlavə edib ki, venesuelalılar Maduronun tutulmasından çox məmnundurlar, çünki onlar ABŞ-ı sevirlər və Maduronun hakimiyyəti diktatura idi.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
126
47
azertag.az

10Mənbələr