BAKI, 3 yanvar. TELEQRAF
Venesuela Prezidenti Nikolas Maduronun və həyat yoldaşının saxlanılması əməliyyatı “Operation Absolute Resolve” kod adı ilə aylar ərzində planlaşdırılıb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Baş Qərargahlar Komitəsinin sədri general Den Keyn mətbuat konfransında açıqlama verib.
General Keynin sözlərinə görə, əməliyyat gizli və dəqiq şəkildə planlaşdırılıb, gecə saatlarında icra olunması uzun müddətli hazırlığın və çoxsaylı təlimlərin nəticəsi olub. Əməliyyatda hava, quru, dəniz və kosmik qüvvələrin kompleks inteqrasiyası üzrə illərin təcrübəsi istifadə olunub.
O əlavə edib ki, ABŞ prezidenti Donald Tramp 3 yanvar saat Bakı vaxtı ilə 07:4 əməliyyatın başlanması barədə göstəriş verib. Keyn vurğulayıb ki, Vaşinqton uyğun hava şəraitini gözləyib və əməliyyat Mar-a-Laqo rezidensiyasında verilən göstəriş əsasında həyata keçirilib.