Sherg.az saytından alınan məlumata görə, ain.az bildirir.
“Real Madrid”də forma geyinən türk milli futbolçu Arda Gülerlə bağlı İspaniya mətbuatında diqqətçəkən bir iddia irəli sürülüb.
Sherg.az xəbər verir ki, La Liqanın nəhəngi “Real Madrid” hər il olduğu kimi, bu transfer dövründə də əsas rolu oynayan klublardan biri olaraq qalır.
Karlo Ançelotti dövründə oyun şansı tapmaqda çətinlik çəkən, lakin mövsümün əvvəlində baş məşqçi Xabi Alonsonun vəzifəyə gəlməsi ilə əsas heyətin dəyişməz oyunçularından birinə çevrilən Arda Güler üçün İspaniya mətbuatında diqqətçəkən iddia gündəmə gəlib.
İngiltərə Premyer Liqasının nəhəngi “Arsenal”ın milli futbolçu ilə bağlı tez-tez maraqlandığı və “Real Madrid”lə təmasda olduğu artıq məlum idi.
"Planeta Real Madrid"in xəbərinə görə, daha əvvəl Güler üçün 90 milyon avroya çatan təklifi rədd edən “Real Madrid”dən hamını çaşdıran bir addım gəlib.
Xəbərin davamında “Real Madrid”in “Arsenal”dan müdafiəçi Uilyam Salibanı heyətinə qatmaq istədiyi və Arda Gülerdən mübadilədə istifadə etmək üçün İngiltərə nəhənginə təklif vermə ehtimalının ön plana çıxdığı bildirilib.
“Arsenal”ın Saliba üçün 100 milyon avro tələb etdiyi, “Real Madrid”in isə bu məbləği ödəməyə isti baxmadığı qeyd olunub. Mübadilə variantının hər iki klub üçün də sərfəli ola biləcəyi vurğulanıb.
Xəbərdə “Real Madrid”in Saliba üçün Arda Gülerdən imtina edə biləcəyi bildirilərkən, gənc ulduzun heyətdə Bellinqhemin olması səbəbindən ideal mövqeyində oynaya bilmədiyi, komandada yaşanan mərkəz müdafiəçisi zədələri üzündən klubun bu mövqeyə transfer etməyə isti baxdığına diqqət çəkilib.
Bazar dəyəri 90 milyon avro olan 20 yaşlı Güler bu mövsüm “Real Madrid” forması ilə 25 rəsmi oyunda meydana çıxıb və 3 qol, 7 məhsuldar ötürmə ilə yadda qalan performans sərgiləyib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.