AZ

Tesla liderliyini itirdi Elektromobil satışında Çin şirkəti önə çıxıb

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

ABŞ-nin "Tesla Inc". şirkəti dünyanın ən böyük elektrik avtomobil satıcısı statusunu itirib.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Bloomberg" Çinin "BYD Co." şirkətinin rəsmi satış statistikasına əsaslanaraq yayıb.

Nəşrin xəbərinə görə, BYD 2025-ci ildə 2.26 milyon, "Tesla" isə 1.64 milyon elektrikli maşın satıb.

"Avtomobil istehsalçısı dördüncü rübdə tədarüklərdə 16% azalma olduğunu bildirib ki, bu da analitiklərin gözləntilərini doğrultmayıb. "Tesla"nın satışları illik müqayisədə təxminən 9% azalıb", - deyə xəbərdə bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
79
25
oxu.az

10Mənbələr