AZ

Böyük Britaniya və Fransa İŞİD-ə məxsus silah anbarına aviazərbə endirib

BAKI, 4 yanvar. TELEQRAF

Böyük Britaniya və Fransa Suriyada İŞİD-ə məxsus yeraltı silah anbarına aviazərbə endirib.

Teleqraf xəbər verir ki, Böyük Britaniya və Fransa Silahlı Qüvvələri Suriyada İslam Dövləti (İŞİD) terror qruplaşmasına məxsus yeraltı silah anbarına birgə aviazərbə endirib.

Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əməliyyat çərçivəsində İŞİD-in hərbi-logistika imkanlarına ciddi zərbə vurulub.

Zərbənin Suriya ərazisində həyata keçirildiyi qeyd olunur.

Seçilən
155
23
teleqraf.com

10Mənbələr