AZ

2025-ci ildə Almaniyada sığınacaq üçün müraciətlərin sayı 32 faiz azalıb

Berlin, 4 yanvar, AZƏRTAC

Almaniyada sığınacaq almaq üçün edilən müraciətlərin sayı ötən il 32 faiz azalıb.

AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, ötən il 168 543 sığınacaq müraciəti qeydə alınıb. Bu sahədə 2024-cü illə müqayisədə 82 mindən çox azalma müşahidə edilib. 2023-cü ildə isə sığınacaq müraciətlərinin sayı 351 mindən çox olub.

Azalmaya miqrasiya siyasətinin sərtləşdirilməsi, o cümlədən sərhədlərdə geri göndərmələrin sayının artırılması, ailə birləşməsinin müvəqqəti dayandırılması və digər tədbirlər səbəb olub.

Almaniyada sığınacaq üçün müraciət edənlər arasında ilk sıralarda Əfqanıstan (59 200), Suriya (23 100) və Türkiyə (13 800) vətəndaşları yer alıblar.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
56
7
azertag.az

8Mənbələr