BBC-nin məlumatına görə, cümə axşamı İranın üç şəhərində etirazçılarla təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalar nəticəsində 7 nəfər həlak olub.
Vətəninfo.az xəbər verir ki, etiraz aksiyaları bazar günü Tehranda başlayıb. Paytaxtda dükan sahibləri qiymət artımı və iqtisadi durğunluğa etiraz olaraq tətilə çıxıblar. Sonrakı günlərdə aksiyalar ölkənin digər bölgələrinə də yayılıb.
Bildirilir ki, bəzi şəhərlərdə keçirilən etirazlar zamanı İranın Ali Lideri Əli Xamenei əleyhinə şüarlar səsləndirilib, həmçinin mövcud rejimin devrilməsi ilə bağlı çağırışlar edilib.
Rəsmi qurumlar hadisələrlə bağlı hələlik ətraflı açıqlama verməyib.