AZ

Deputat: "İranın Zəngəzur məsələsində fərqli baxışları var" » AzadMedia.az

Deputat:

“Zəngəzur dəhlizi qlobal layihəyə çevrilib. Bu dəhlizin açılması regionun təhlükəsizliyinə xidmət edəcək”.Bu fikirləri deputat Azər Badamov AzadMedia.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, qlobal əhəmiyyətli layihələr təhlükəsizlik baxımından xüsusi əhəmiyyət kəsb edir:

“Bu baxımdan da bu layihədə iştirak edəcək tərəflər təhlükəsizliyin təmin edilməsində maraqlı olmalıdır”.

Deputat bildirib ki, İranın Zəngəzur dəhlizinin açılması məsələsində fərqli baxışları var:

“İranın prezidenti ilə dini liderinin baxışları üst-üstə düşmür. Sirr deyil ki, TRIPP layihəsi ABŞ prezidenti D.Trampı regiona yaxınlaşdırır. Lakin ABŞ-İran münasibətləri də gərgindir. Bu baxımdan da İran Zəngəzur dəhlizinin açılmasını arzulamır. ABŞ-nin bölgədə maraqlarının reallaşmamasına çalışır. Halbuki bu dəhlizin açılması İranın milli maraqlarına qarşı deyil”

Seçilən
95
11
azadmedia.az

10Mənbələr