Yanvarın 7də dizayner Truka, tarixi formalara dəbli istinadlarla Almaniya millisinin mümkün formasının dizaynını nümayiş etdirib.
Publika.az xəbər verir ki, forma çox gözəl görünür, ona görə də video viral olub. “Adidas” şərhlərdə görünüb və Almaniya Futbol Assosiasiyasından onu işə götürməyi xahiş edib.
Ancaq bir həftə sonra gözlənilməz bir şey baş verir: forma saxta forma satışı saytında əvvəlcədən sifariş üçün əlçatan olur. Onu almaq istəyən 15,41 avro ödəyərək əldə edə bilər. Məlum olub ki, saxta formanı bazara çinlilər çıxarırlar.