Şənbə günü günortadan sonra İranın İlam əyalətində baş verən iğtişaşlarda üç nəfər həlak olub.
“Cebheinfo.az”-ın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, şənbə günü günortadan sonra Məlikşahi rayonunda silahlı şəxslərin hüquq-mühafizə mərkəzinə girməyə cəhd etməsi nəticəsində iğtişaşlar baş verib və bu da qarşıdurmaların şiddətlənməsinə səbəb olub.
Bəzi mənbələr toqquşmalar zamanı bir nəfərin öldüyünü və daha iki hücumçunun öldürüldüyünü bildirib.
“Mehr” həmçinin toqquşmalarda daha bir neçə nəfərin yaralandığını bildirib.
Xatırladaq ki, bir neçə gündür İranın bəzi bölgələrində ayaqlanma var.