AZ

“Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşib

Bakı. Trend:

“Araz-Naxçıvan” futbol klubunun yeni baş məşqçisi məlumolub.

Trend xəbər verirki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, komandanın baş məşqçisi vəzifəsinə AndreyDemçenko təyin edilib. Ukraynalı mütəxəssislə cari mövsümünsonunadək müqavilə imzalanıb. Razılaşmanın daha bir il müddətinəuzadılması imkanı da nəzərdə tutulub.

Qeyd edək ki, Andrey Demçenko istefaya göndərilən ElmarBaxşıyevi əvəzləyib.

Məşqçilik fəaliyyətinə 2011-ci ildə başlayan Demçenko vətənində“İmeks”, “Metallurq” (Zaporoje), “Veres”, “Lvov”, “Metallist 1925”,“Bukovina” klublarını çalışdırıb.

O, müxtəlif illərdə Özbəkistanın “Obod”, həmçinin Gürcüstanın“Dila” və “Dinamo” (Batumi) komandalarına rəhbərlik edib. 50 yaşlımütəxəssis Bakıya gələnə qədər Qazaxıstan “Jenis”inin baş məşqçisiolub.

Seçilən
97
31
az.trend.az

10Mənbələr