AZ

Bütün ssenarilərə Azərbaycanın hazır olmasını faydalı hesab edirəm



“İranda başlanan etiraz dalğasının teokratik rejimin dəyişməsinə gətirib çıxaracağını düşünməsəm də prosesin müəyyən nəticələr doğuracağı qənaətindəyəm”.

Bunu Newscenter.az-a politoloq Əli Orucov son günlər İranda davam edən etiraz aksiyalarını şərh edərkən deyib. O bildirib ki, hazırda iki kəsim arasında tarazlıq kəskin şəkildə dəyişə bilər:

“Ya dünyəvi və islahat tərəfrarlarının rolu artacaq, yaxud da mühafizəkar qanad bundan öz mövqelərini möhkəmləndirmək üçün bəhrələnəcək”.

Əli Orucov hesab edir ki, İsrailin və ABŞ-ın İranla bağlı atacaqları addımlar indiki halda daha çox mühafizəkarların işinə yarayardı:

““Xarici düşmən, yaxud faktor” diqqəti yayındıra və ayətullalara təbliğat imkanı verərdi. Bütün ssenarilərə isə Azərbaycanın hazır olmasını faydalı hesab edirəm”.

Süleyman
Seçilən
27
1
newscenter.az

2Mənbələr