AZ

Tramp Kolumbiyada da hərbi əməliyyatın mümkünlüyünə eyham vurdu

ABŞ Prezidenti Donald Tramp narkotik qaçaqmalçılığına qarşı mübarizə çərçivəsində Kolumbiyada hərbi əməliyyatın mümkünlüyünü istisna etməyib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə o, Milad və Yeni il tətillərini Mar-a-Laqo iqamətgahında keçirdiyi Vest-Palm-Biçdən Vaşinqtona gedən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

 

Tramp ABŞ-ın "xəstə qonşusu" adlandırdığı Venesueladakı vəziyyətlə bağlı Kolumbiyanı da eyni şəkildə xarakterizə edib. "Onu kokain istehsal etməyi və ABŞ-a satmağı sevən xəstə adam idarə edir. O, bunu uzun müddət etməyəcək – bunu sizə mən deyirəm", - ABŞ Prezidenti vurğulayıb.

 

ABŞ-ın Kolumbiyada hərbi əməliyyatın mümkünlüyünü nəzərdən keçirib-keçirmədiyi soruşulduqda, Tramp "bu, yaxşı səslənir" cavabını verib.

Seçilən
41
senzor.az

1Mənbələr