AZ

Parisdə Bricit Makron haqqında saxta xəbərlər yayıldığına görə on nəfər təqsirləndirilib

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Paris məhkəməsi Fransanın birinci xanımı Bricit Makron haqqında internetdə saxta xəbərlər yayımlamaqda 10 nəfəri günahkar bilib.

Bizimyol.info xəbər verir ki, bu barədə "France Info" radiostansiyası mənbəyə istinadən məlumat verib.

Radiostansiyanın məlumatına görə, təqsirləndirilən şəxslər arasında Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşının kişi doğulduğu barədə internetdə şayiələr yayan səkkiz kişi və iki qadın olduğu qeyd edilib. Bu işdə maksimum cəza şərti olaraq səkkiz ay həbs cəzası hökmü vüerilə bilər. Prokurorlar altı aydan bir ilə qədər şərti cəzalar tələb ediblər.

Bu iş üzrə dinləmələr oktyabr ayında başa çatıb. Məhkum edilənlər arasında bir neçə informasiya təhlükəsizliyi mütəxəssisi, bir rieltor, bir müəllim və bir sosial işçi var. Onların orta yaşı 50-dir. Oktyabrın sonlarında başa çatan dinləmələr iddiaçı Bricit Makronun iştirakı olmadan keçirilib.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
81
8
icma.az

9Mənbələr