Paris məhkəməsi 10 nəfəri Fransanın birinci xanımı Bricit Makronun kibertəqibi ilə bağlı işdə təqsirli bilib.
"Far.Az" xəbər verir ki, bu barədə "Le Monde" qəzeti məlumat yayıb.
Məlumata görə, məhkəmə Fransanın birinci xanımına qarşı, onun guya transgender kimliyi və iddia olunan pedofilliyi ilə bağlı yalan iddialara əsaslanan "xüsusilə alçaldıcı, təhqiredici və qərəzli" şərhləri qeyd edib.
Bildirilib ki, təqsirləndirilənlər arasında yaşları 41-65 yaşlarında olan səkkiz kişi və iki qadın var. Qeyd olunub ki, onlar üç aydan on iki aya qədər şərti həbs cəzası və 8 min avroya qədər cərimə ilə üzləşə bilərlər.