AZ

Bir dövrün sonu! Maduronu məhkəməyə belə götürdülər - FOTO

ABŞ prezidenti Donald Tramp Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin 3 yanvarda Karakasda baş verən partlayışlardan sonra ölkədən çıxarıldığını açıqladı.

Turkustan.az xəbər verir ki, ABŞ-da mühakimə olunacaq Maduro və həyat yoldaşının məhkəməyə aparıldığı görüntülər yayılıb.

ABŞ-ın baş prokuroru Pamela Bondi bildirib ki, Maduroya qarşı irəli sürülən ittihamlar aşağıdakılardır:

"Nikolas Maduro və həyat yoldaşı Cilia Flores Nyu-Yorkun Cənub Dairəsi üzrə Federal Məhkəmə tərəfindən ittiham olunublar. Nikolas Maduro narkoterrorizm törətmək üçün sui-qəsd, kokain idxalı üçün sui-qəsd, pulemyot və təxribatçı qurğular (partlayıcı maddələr) saxlamaq və ABŞ-a qarşı pulemyot və təxribatçı qurğular saxlamaq üçün sui-qəsd ittihamları ilə üzləşir. Onlar Amerika torpağında, Amerika məhkəmələrində, Amerika ədalətinin tam gücü ilə mühakimə olunacaqlar."
Bu arada, Venesuela Ali Məhkəməsi (TSJ) Maduronun həbsindən sonra vitse-prezident Delsi Rodrigezin müvəqqəti prezident vəzifəsini icra edəcəyinə qərar verdi. Bu qərara cavab olaraq Tramp dedi: "Səni də tutacağam və sən daha ağır qiymət ödəyəcəksən. Sən Madurodan daha ağır qiymət ödəyə bilərsən."

Maduro

Aytən Yaşar/ Turkustan.az

Seçilən
25
1
turkustan.az

2Mənbələr