"Yuventus" klubu baş məşqçisi ilə müqaviləsini uzatmaq istəyir.
Moderator.az Calciomercato.it-ə istinadən xəbər verir ki, klub rəhbərliyi Luçano Spalettinin işindən razıdır.
Belə ki, onlar keçən ilin oktyabrından "Yuventus"u idarə edən italiyalı baş məşqçi ilə 2028-ci ilin yayına qədər müqavilə yeniləməyi düşünürlər.
Qeyd edək ki, hazırda "Yuventus" İtaliya A seriyasında 33 xalla 4-cü yerdə qərarlaşıb.