Özbəkistanda 2025-ci il ərzində ərzaq qiymətləri orta hesabla 5,5 faiz artıb.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Milli Statistika Komitəsi məlumat yayıb. Komitənin məlumatında bildirilib ki, qeyd edilən dövrdə qeyri-ərzaq qiymətlərində isə 5,1 faiz artım qeydə alınıb. Bu dövrdə xidmətlər sahəsində də 13,9 faiz artım baş verib.
Ümumilikdə, Özbəkistanda 2025-ci ilin sonunda illik inflyasiya səviyyəsi 7,3 faiz təşkil edib.
Bu göstərici 2024-cü ildəki 12 faizdən xeyli aşağıdır və son doqquz ildə ən aşağı inflyasiya səviyyəsi kimi qeydə olunur.
Süleyman