"Report"un "Sky News"a istinadən verdiyi məlumata görə, bu barədə bu gün dərc edilən fövqəladə vəziyyət haqqında fərmanda qeyd olunub.
"Müstəsnasız olaraq ABŞ-nin silahlı hücumunun irəlilədilməsində və ya dəstəklənməsində iştirak edənlərin hamısının ölkə üzrə axtarışına və dərhal həbsinə başlamaq lazımdır", - mətndə deyilir.
Xatırladaq ki, 2025-ci ilin noyabrında ABŞ Prezidenti Donald Tramp Venesuelada Mərkəzi Kəşfiyyat İdarəsinin gizli əməliyyatlarının aparılmasına sanksiya vermişdi. Bir neçə aylıq hazırlıqdan sonra 2026-cı il yanvarın 3-nə keçən gecə ABŞ xüsusi təyinatlıları Maduronu və həyat yoldaşı Siliya Floresi Karakasdakı Fuerte-Tiuna kompleksində saxlayıb. Onlar ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisinə evakuasiya edilərək narkoterrorizm ittihamları üzrə məhkəmə üçün Nyu-Yorka gətirilib.