AZ

Belçika şirniyyatlarında 10 qrama qədər qızıl gizlədilib

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Belçikada müştərilərə satılan "Qalet de Rua" bayram piroqlarında 10 qrama qədər qızıl külçələr gizlədilib.

Oxu.Az xəbər verir ki, bu barədə "Soir" qəzeti məlumat yayıb.

Məlumata görə, Brüsselin un məmulatları istehsalçısı "Succulente" öz məhsullarında bir və iki qram ağırlığında kiçik qızıl külçələr gizlədib. Valloniyadakı "Ble d'Or" şirniyyatçıları isə piroqlara 10 qrama qədər külçələr yerləşdiriblər.

Qeyd edək ki, hazırda birja qiymətlərinə əsasən, bir qram xalis qızılın qiyməti 218 manat civarındadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
96
1
oxu.az

4Mənbələr