AZ

O, Maduronu ABŞ-yə təhvil verib - İDDİA (FOTO)

ABŞ-nin Venesuela prezidenti Nikolas Maduronun iki saatlıq əməliyyatla heç bir müqavimət göstərmədən qaçırılması dünya xəbərlərinin əsas mövzusu olmağa davam edir.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Venesuele rəsmiləri və digər rəsmi şəxslər Maduronun xəyanət nəticəsində ABŞ tərəfindən saxlanıldığını iddia edib. 

Kolumbiyanın keçmiş vitse-prezidenti Santos Kalderon də bu iddiaları yayan şəxslərdən biridir.  Keçmiş siyasətçinin sözlərinə görə, hazırda Venesuelanın müvəqqəti prezidenti təyin olunmuş Delsi Rodrigez "Maduroya xəyanət edən şəxs"dir. 

"Mən onun Maduronu təslim etdiyinə tamamilə əminəm", - deyə Kalderon qeyd edib. 

Xatırladaq ki,  Venesuela Ali Məhkəməsi (TSJ), Maduronun yoxluğu səbəbindən, inzibati davamlılığı və ölkənin ümumi müdafiəsini təmin etmək üçün Rodrigezin müvəqqəti olaraq Venesuela Prezidentliyinin bütün səlahiyyətlərini, vəzifələrini və məsuliyyətlərini öz üzərinə götürməsi barədə qərar vermişdi. 

Solçu ailədən olan və Hugo Chavez dövründən bəri ölkədə müxtəlif vəzifələrdə çalışan 57 yaşlı Delsi Rodriguez 2017-ci ildən bəri Venesuelanın vitse-prezidenti vəzifəsində çalışıb.

Venezuela'da siyasi deprem: Delcy Rodriguez kimdir? - | Kalenin Sesi -  Çanakkale

Seçilən
112
50
unikal.az

10Mənbələr