“Danimarka yaxın avropalı müttəfiqidir, NATO-nun yaxın müttəfiqidir. Ona görə də gələcək Qrenlandiyaya, Danimarka Krallığına və yalnız onlara məxsus olmalıdır. Mən Mette Frederikseni dəstəkləyirəm və o, Qrenlandiyanın gələcəyi barədə haqlıdır”,- Böyük Britaniyanın baş naziri vurğulayıb.
![]() |
| Danimarka və Qrenlandiya Trampa qarşı |
“Danmarks Radio” radiostansiyasına müsahibədə Mette Frederiksen bildirib ki,“bir NATO ölkəsi digər NATO ölkəsinə hücum edərsə, hər şey bitəcək”.
Qrenlandiyanın baş naziri Yens-Frederik Nilsen də Trampın bəyanatlarını“hörmətsizlik” adlandıraraq,ABŞ hökumətini təhdidləri, təzyiqləri və ilhaq söhbətlərini dayandırmağa çağırıb.
