AZ

Nazirdən yeni təyinat - Misir Mərdanovun bacısı oğluna vəzifə verildi

Ədliyyə Nazirliyinin baş idarələrindən birinə yeni rəis təyin olunub.

"Unikal" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı nazir Fərid Əhmədov Əmr imzalayıb.

Əmrə əsasən, Anar Eldar oğlu Qocayev Cəzaların icrasına nəzarət baş idarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, Cəzaların icrasına nəzarət baş idarəsinin rəisi vəzifəsi təxminən 2 ilə yaxındır vakant idi.

"Unikal"ın məlumatına görə, baş idarə rəisi təyin edilən Anar Qocayev mərhum fizika-riyaziyyat elmləri doktoru Eldar Qocayevin oğludur.

2023-cü ildə vəfat edən E.Qocayev məşhur polis polkovniki Nizami Qocayevin qardaşıdır. Mərhum E.Qocayev sabiq təhsil naziri Misir Mərdanovun həm bibisi oğlu, həm də yeznəsidir.

 

Seçilən
91
30
unikal.az

10Mənbələr