AZ

Tanınımış psixoloq Aytən Ələkbərovailə bağlı əvvəl paylaşılmış materialadair aydınlıq gətiririk

TƏKZİB VƏ AÇIQLAMA

Tanınımış psixoloq Aytən Ələkbərova ilə bağlı saytımızda yayımlanmış“Psixoloq Aytən Ələkbərova: “Bizim kişilər qadını görəndə ilk düşündüyü şey budur, bunu nə otelə aparardım”başlıqlı materiala dair aydınlıq gətiririk.

Bildiririk ki, qeyd olunan başlıq Aytən Ələkbərovanın birbaşa fikrini əks etdirmir və illər əvvəl başqa mənbədə yer almış açıqlamanın kontekstdən kənar təqdimatı nəticəsində yanlış anlaşılmaya səbəb olub.

Məhz bu səbəbdən material operativ şəkildə silinmişdir.

Redaksiya olaraq vurğulayırıq ki, məqsədimiz heç bir halda Aytən Ələkbərovanın şəxsi və peşəkar nüfuzuna xələl gətirmək olmayıb. Əksinə, yaranmış narahatlığı nəzərə alaraq məsuliyyətli mövqe sərgiləmişik.

Gələcəkdə bu kimi halların qarşısını almaq üçün məzmunun təqdimatında daha diqqətli olacağımızı bildirir, oxucularımızdan anlayış gözləyirik.

Seçilən
49
47
hakimiyyet.az

10Mənbələr