AZ

Netanyahu Putin vasitəsilə İrana mesaj göndərib

İsrail Baş naziri Binyamin Netanyahu, Rusiya Prezidenti Vladimir Putindən İrana, Tel-Əvivin bu ölkəyə hücum etmək niyyətində olmadığını bildirən bir mesaj çatdırmasını xahiş edib. Bu barədə İsrailin “Kan” dövlət telekanalı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, son həftələrdə Tehran və Tel-Əviv arasındakı gərginliyin artması fonunda Rusiya və İsrail liderləri arasında bir neçə telefon danışığı olub və bu danışıqlar zamanı müvafiq mesaj çatdırılıb. “Kan” mənbələrinin izah etdiyi kimi, Netanyahu İrana qarşı İsrailin mümkün hərəkətlərinin qarşısını almağa çalışaraq, İranın qabaqlayıcı zərbə endirə biləcəyindən narahatdır.

"The Washington Post" qəzeti yazıb ki, İsrail baş naziri həmçinin ABŞ Prezidenti Donald Trampı İran obyektlərinə yenidən zərbələr endirməyə razı salmağa çalışır. Nəşrin məlumatına görə, İsrail tərəfi İranın hərəkətlərinə qarşı sanksiyalar tətbiq edilməsinə və ya ABŞ-ın münaqişəyə birbaşa müdaxilə etməsinə nail olmağa çalışır.

Almaz Həsənli

Seçilən
57
50
oxumeni.az

10Mənbələr