Tbilisi, 6 yanvar, AZƏRTAC
Venesuelada baş verənlər beynəlxalq nizamın qarantı və qlobal geosiyasi oyunçu kimi Avropa İttifaqının artıq mövcud olmadığını təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.
“Brüssel lazım gələrsə, dünya nizamının pozulmasından öz məqsədləri üçün istifadə etməkdə çəkinməyəcək və bundan qazanc əldə etməyə çalışacaq. Brüsselin Gürcüstana qarşı beynəlxalq hüququ pozan hərəkətləri də buna yaxşı sübutdur” – deyə, Papuaşvili vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi