AZ

“Çelsi”dən sürpriz qərar: Yeni baş məşqçi bəlli oldu

İngiltərənin “Çelsi” futbol klubuna yeni baş məşqçi təyin edilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə futbol klubu məlumat yayıb. Açıqlamada 41 yaşlı ingilis mütəxəssislə 2032-ci ilə qədər müqavilə imzalandığı bildirilib.

 Rozenior məşqçilik karyerası ərzində “Derbi Kaunti”, “Hall Siti” və son olaraq Fransanın “Strasburq” klubunda çalışıb.

Enzo Mareskanın rəhbərliyi altında Premyer Liqada son 4 oyunda qələbə qazana bilməyən “Çelsi” 20 turdan sonra 31 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. UEFA Çempionlar Liqasında isə 10 xal toplayan “Mavilər” hazırda 13-cü yerdədir.

Qeyd edək ki, “Çelsi” klubunda baş məşqçi postu Enzo Mareskanın vəzifədən ayrılmasından sonra boş qalmışdı.

Əsmətxanım Rzazadə

 


Telegram kanalımız
Seçilən
96
yenisabah.az

1Mənbələr