AZ

“Turan Tovuz” futbolçusunu Yaponiya klubuna satıb

Bakı, 6 yanvar, AZƏRTAC

“Turan Tovuz” futbolçusu Aleks Souzanın transferi ilə bağlı Yaponiyanın “Kyoto” klubu ilə razılıq əldə edib.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, braziliyalı hücumçu tibbi müayinədən keçdikdən sonra Yaponiya təmsilçisi ilə rəsmi müqavilə imzalayacaq.

Aleks Souza Misli Premyer Liqasında “Turan Tovuz” forması ilə 66 oyunda meydana çıxıb.

Seçilən
126
5
azertag.az

7Mənbələr