Suriyanın Hələb bölgəsində hökumət qüvvələri və Suriya Demokratik Qüvvələri arasında yaşanan toqquşmalardan sonra mülki əhali ərazini tərk etməyə başlayıb.
APA “Aljazeera” kanalına istinadən xəbər verir ki, atışmaların baş verdiyi Şeyx Məqsud və Əşrəfiyyədə yaşayan əhali yaşayış yerlərini daha təhlükəsiz məkanlarla əvəz etmək üçün sözügedən bölgələrdən çıxırlar.
Hələbdə hökumət nümayəndələri SDQ-nin hücumları nəticəsində xəsarət alanların sayının 15 nəfərə çatdığını bidirirlər.
Xəsarət alanlardan 9 nəfəri Hələb Kənd Təsərrüfatı İdarəsi əməkdaşlarıdır.
Qeyd edək ki, hər iki tərəfdən ölü və yaralılar var.