AZ

Baş Dövlət Yol Polisi dumanlı hava ilə bağlı sürücülərə və piyadalara müraciət edib

Bakı. Trend:

Baş Dövlət Yol Polisi İdarəsi ölkənin bəzi ərazilərində müşahidəolunan dumanlı hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarınaçağırış edib.

Trend xəbər verirki, müraciətdə deyilir: “Hazırda ölkə ərazisinin bəzi hissələrindəmüşahidə olunan dumanlı hava şəraiti görünüş məsafəsini kəskinşəkildə azaldır və yol-nəqliyyat hadisələri riskini artırır. Buşəraitdə həm sürücülərin, həm də piyadaların diqqətli vəməsuliyyətli davranışı həyati əhəmiyyət daşıyır.

Sürücülərə hərəkətə başlamazdan əvvəl duman faralarının vəişıqlandırma sistemlərinin sazlığını yoxlamaq, sürət həddinigörünüş məsafəsinə uyğun seçmək, qəfil manevr və ötmələrdənçəkinmək, öndə hərəkət edən nəqliyyat vasitəsi ilə təhlükəsizməsafə saxlamaq tövsiyə olunub. Həmçinin zərurət olmadıqca dumanlıhava şəraitində səfərlərin təxirə salınması, dayanma və ya qəzazamanı isə qəza işıqlarından və xəbərdaredici nişanlardan istifadəedilməsi vurğulanıb.

Piyadalara isə yolu yalnız müəyyən olunmuş piyada keçidlərindənkeçmək, qaranlıq və dumanlı hava şəraitində açıq və ya işıqəksetdirən geyimlərə üstünlük vermək, yolun hərəkət hissəsinə qəfilçıxmamaq tövsiyə edilib. Bildirilib ki, dumanlı havada sürücülərinpiyadaları vaxtında görməsi çətinləşir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkətiştirakçılarını diqqətli olmağa çağıraraq qeyd edib ki, bir anlıqehtiyatsızlıq geri dönüşü olmayan nəticələrə səbəb ola bilər vətəhlükəsiz yol hər kəsin birgə məsuliyyətidir.

Seçilən
83
30
az.trend.az

10Mənbələr