AZ

Modul xəstəxanalar üçün nəzərdə tutulan ambulanslar TƏBİB tabeliyində fəaliyyət göstərir

ain.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

COVID-19 pandemiyası zamanı modul tipli xəstəxanalara ayrılmış təcili tibbi yardım (ambulans) nəqliyyat vasitələri hazırda da istifadədədir.

BAKU.WS-in TƏBİB-ə göndərdiyi sorğuya cavab olaraq bildirilib ki, həmin ambulanslar TƏBİB-in tabeliyində fəaliyyət göstərir, tibb müəssisələrinə paylanıb və vətəndaşlara xidmət göstərmək üçün aktiv şəkildə istifadə olunur.

Qurum qeyd edib ki, təcili tibbi yardım xidmətinin operativliyinin artırılması, resursların səmərəli idarə olunması və vətəndaş məmnuniyyətinin yüksəldilməsi məqsədilə ambulans sayının artırılması və monitorinq işləri davam etdirilir.

Şahanə Xankişiyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
80
1
baku.ws

2Mənbələr