Bu gün futbol üzrə Türkiyə Superkubokunda yarımfinal mərhələsinin digər qarşılaşması baş tutub.
Apasport.az xəbər verir ki, finala vəsiqə uğrunda “Fənərbaxça” “Samsunspor”la qarşılaşıb.
Oyun Yeni Adana Stadionunda keçirilib və Bakı vaxtı ilə saat 21:30-da başlayıb.
Kerem Aktürkoğlu və Con Duranın vurduğu qollarla "sarı-lacivərdlilər" rəqibini 2:0 hesabı ilə məğlub edib. Komanda bu nəticə ilə finalda "Qalatasaray"ın rəqibi olub.
Xatırladaq ki, yarımfinalın ötən gün oynanılan ilk matçında “sarı-qırmızılılar” “Trabzonspor”u 4:1 hesabı ilə məğlub edərək finala yüksəlib.
Qeyd edək ki, Türkiyə Superkubokunun final görüşü yanvarın 10-da Atatürk Olimpiya Stadionunda təşkil olunacaq.
“Samsunspor”dan İrfan Can Eğribayat üçün rəsmi təklif
Dadaşov Polşa klubu ilə məşqlərə başlayıb
Mert Günok "Beşiktaş"dan ayrıldı - Rəsmi
Premyer Liqa klubunun müdafiəçisi zədələnib
"Bornmut"un futbolçusu "Siti"yə keçir