AZ

Türkiyə Superkubokunda final: “Fənərbağça” “Qalatasaray”a rəqib olub

Bakı, 6 yanvar, AZƏRTAC

Futbol üzrə Türkiyə Superkubokunda yarımfinalın digər oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, "Fənərbağça" finala gedən yolda "Samsunspor"la üz-üzə gəlib. "Yeni Adana" arenasında reallaşan qarşılaşma İstanbul klubunun inamlı qələbəsi ilə başa çatıb - 2:0. Qolları Kərəm Aktürkoğlu və Con Duran vurublar.

Bununla da "Fənərbağça" Superkubokun finalında "Qalatasaray"a rəqib olub. İstanbul derbisi yanvarın 10-da Atatürk Olimpiya Stadionunda oynanılacaq.

Seçilən
87
3
azertag.az

4Mənbələr