AZ

“Fənərbağça” “Qalatasaray”a rəqib olub-Türkiyə Superkubokunda final

Futbol üzrə Türkiyə Superkubokunda yarımfinalın digər oyunu keçirilib.

“Fənərbağça” finala gedən yolda “Samsunspor”la üz-üzə gəlib. “Yeni Adana” arenasında reallaşan qarşılaşma İstanbul klubunun inamlı qələbəsi ilə başa çatıb – 2:0. Qolları Kərəm Aktürkoğlu və Con Duran vurublar.

Bununla da “Fənərbağça” Superkubokun finalında “Qalatasaray”a rəqib olub. İstanbul derbisi yanvarın 10-da Atatürk Olimpiya Stadionunda oynanılacaq.

AzPost.az

Seçilən
48
21
azpost.info

10Mənbələr