BAKI, 10 yanvar. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Fənərbaxça"nı "Qalatasaray" üzərində 2:0 hesablı qələbə qazanması münasibətilə təbrik edib.
Teleqraf xəbər verir ki, Ərdoğan sosial şəbəkə hesabındakı paylaşımında yazıb: "Final matçında "Qalatasaray"ı məğlub edərək çempionluğu qazandıqlarına görə "Fənərbaxça"nı və bütün "Fənərbaxça" ictimaiyyətini ürəkdən təbrik edirəm".