AZ

“Fənərbağça” Türkiyə Superkubokunun qalibi oldu

Türkiyə Superkubokunun final oyunu başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, həlledici görüşdə “Qalatasaray” və “Fənərbağça” komandaları üz-üzə gəlib. Qarşılaşma İstanbulda yerləşən “Atatürk Olimpiya” stadionunda keçirilib.

Matç “Fənərbağça”nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı oyunun 28-ci dəqiqəsində İstanbul təmsilçisinin yarımmüdafiəçisi Matteo Genduzi açıb. İkinci hissənin əvvəlində, 48-ci dəqiqədə müdafiəçi Ceyden Oosterwolde fərqi iki topa çatdırıb. Görüşün qalan hissəsində tərəflər hesabı dəyişə bilməyiblər.

Beləliklə, “Fənərbağça” Türkiyə Superkubokunu tarixində 10-cu dəfə qazanıb. Klub sonuncu dəfə bu titula 2014-cü ildə sahib çıxmışdı. “Qalatasaray” isə ardıcıl ikinci il Superkubokun finalında məğlubiyyətlə üzləşib.

Seçilən
107
21
90deqiqe.az

10Mənbələr