Futzal üzrə Azərbaycan millisi iki beynəlxalq yoldaşlıq oyunu keçirəcək.
Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda yanvarın 22-də və 24-də Danimarka yığması ilə qarşılaşacaq.
Hər iki görüş Bakı İdman Sarayında keçiriləcək. Oyunların başlama saatı hələlik dəqiqləşməyib.