Azərbaycanda həbsdə olan erməni separatçısı Vaqif Xaçaturyanın durumu açıqlanıb.
Bu barədə “Yeni Sabah”a Ədliyyə Nazirliyindən məlumat verilib.
“Hazırda Vaqif Xaçaturyanın müvafiq dövlət tibb müəssisəsində müalicə tədbirləri davam etdirilir”, - qurumdan bildirilib.
Qeyd edək ki, Vaqif Xaçaturyan qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı törətməkdə təqsirləndirilərək Bakı Hərbi Məhkəməsinin 7 noyabr 2023-cü il tarixli hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum olunub.
Ötən il dekabr ayının 22-də onun səhhətində pisləşmə müşahidə edilib, təngnəfəslik və ürək nahiyəsində ağrılarından sonra xəstəxanaya yerləşdirilib.
Əsmətxanım Rzazadə
Telegram kanalımız