Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Xəbər verildiyi kimi, Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayevin qardaşı Hasil Nurullayev oğluna Dubayda dəbdəbəli toy edib.
Sözügedən mərasim Dubayın məşhur “Ritz-Carlton” otelində baş tutub. Hasil Nurullayev tikinti sahəsində tanınmış maqnatdır.
Qeyd edək ki, Dubayın ən prestijli məkanlarından biri sayılan "Ritz-Carlton" otelində toy mərasimləri yüksək büdcə tələb etdiyindən elit statuslu yer olaraq tanınır. Bu oteldə toy etməyin minimum real xərci 110–120 min manat, orta səviyyəli mərasim üçün 160–200 min manat, tam lüks və fərdi konseptli toylar üçün isə 230 min manatdan yuxarı qiymətləndirilir. Bu məbləğlərə əsasən banket zalı, yüksək səviyyəli catering, xidmət personalı və əsas texniki təminat daxildir. "Ritz-Carlton" Dubay toyları təkcə qiyməti ilə deyil, imici ilə də seçilir. Bu otel uzun illərdir ki, ərəb kral ailələrinin üzvləri, Yaxın Şərq iş dünyasının tanınmış simaları, eləcə də "Hollywood" və "Bollywood"-a yaxın çevrələrdən olan şəxslər üçün özəl toy mərasimlərinə ev sahibliyi edib. Otelin toyları mediada nadir hallarda detallı şəkildə işıqlandırılır.
Məsələnin maraqlı tərəfindən biri də odur ki, cəmi 15 gün əvvəl Razi Nurullayev özü Milli Məclisin tribunasından dəbdəbəli toy mərasimlərini, bu məclislərdə israfçılığı sərt şəkildə tənqid edib.
“Etiraf etməliyik ki, bu gün toylarımızda israfçılıq həddini aşmış vəziyyətdədir. Şadlıq evlərində süfrələrdə artıq qida tullantıları, sonsuz menyu çeşidləri, dekorasiya və şou xərcləri əndazəni aşır. Tonlarla kabablar zibilə atılır, amma ət ala bilməyən minlərlə ailə var. Bu, nə dini baxımdan, nə milli ənənə baxımından, nə də iqtisadi məntiqlə izah oluna bilər. Bizim toylarımız sevinc məclisi olmaqdan çıxıb, sanki sosial yarışa çevrilib. İsrafçılıqla mübarizə təkcə maliyyə məsələsi deyil, həm də sosial məsuliyyətdir. İsrafçılıq azaldılmalı, musiqinin səsi normaya salınmalı, şadlıq evləri beynəlxalq standartlara uyğunlaşmalıdır”, -deyə R. Nurullayev bildirib.
Sözügedən çıxışı təqdim edirik:
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.