Moskvada baş verən yol qəzası bir qadını başına gələcək pis şeylərdən xilas edib. Belə ki, sərnişin Sarisona getmək üçün taksi sifariş verib, lakin sürücü yolu dəyişib və ona təcavüz etməyə başlayıb.
Publika.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Sürücü qadını ucqar bir yerə aparıb və onun avtomobilin qabaq oturacağına keçməsinə nail olub, daha sonra isə ona toxunmağa başlayıb.
Bu zaman "Qazel" arxadan taksiyə çırpılıb. Zərbənin gücü avtomobili yolun kənarına atıb.
Beləliklə, qadın təcavüz olunmaqdan qurtulub.