AZ

Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci iclasının nə vaxt keçiriləcəyi məlum olub

Bakı. Trend:

Cənub Qaz Dəhlizi Məşvərət Şurasının növbəti iclası 2026-cı ilinbirinci rübünə planlaşdırılıb.

Bu barədə Trend-insorğusuna cavab olaraq Azərbaycanın Energetika Nazirliyindənbildiriblər.

"Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci iclasının bu ilin1-ci rübü ərzində keçirilməsi nəzərdə tutulur. Tədbiringündəliyinin hazırlanması ilə bağlı işlər görülür",- deyə qurumdanbildirilib.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci iclası4 aprel 2025-ci il tarixində keçirilib.

Cənub Qaz Dəhlizi (CQD) Xəzər regionundan Avropaya təbii qazınnəqlini təmin edir.

CQD üç əsas boru kəməri sistemindən ibarətdir: Cənubi QafqazBoru Kəməri (SCP), Trans-Anadolu Boru Kəməri (TANAP) vəTrans-Adriatik Boru Kəməri (TAP).

Dəhlizin ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetrtəşkil edir və 20 milyard kubmetrədək artırıla bilər.

Məqalədə:
Seçilən
121
4
az.trend.az

5Mənbələr