Mövsümün ikinci hissəsinə hazırlığını gündə 2 məşqlə davam etdirən "Araz-Naxçıvan"ın fasilədə keçirəcəyi ilk yoxlama oyununun tarixi dəyişdirilib.
Fanat.Az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Əvəzedici komanda ilə qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi yanvarın 9-da yox, bir gün sonra – ayın 10-da baş tutacaq. Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutacaq qarşılaşma saat 15:30-da başlayacaq.
"Araz-Naxçıvan" növbəti görüşünü yanvarın 14-də eyni məkanda "Qəbələ"yə qarşı keçirəcək. Matç saat 15:00-da başlayacaq.